XƏBƏRLƏR

İqtisadiyyat Naziri Cənab Şahin Mustafayev “Lənkəran Mexanikləşdirmə” MMC-də olmuşdur.

1 iyul 2016-cı il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev və Lənkəran rayon İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşov “Lənkəran Mexanikləşdirmə” MMC-də olmuşlar. “Lənkəran Mexanikləşdirmə” MMC-nin təsisçisinin nümayəndəsi cənab Rövşən İsgəndərov müəssisnin fəaliyyət istiqaməti barəsində ətraflı məlumat vermiş, həmçinin ölkədə yüksək keyfiyyətli istilik sistemləri istehsal edən yeganə zavod olduğunu bildirmişdir. Nazir Ş.Mustafayev müəssisənin istehsal sahələrini gəzərək hazır məhsullara ( isti su, buxar, qaynaq yağ qazanlarına, boylerlərə və alternativ enerji ilə işləyən su qızdırıcı panellərə) baxış keçirmişdir. R. İsgəndərov zavodda yaxın dövr ərzində görüləcək işlər barəsində məlumat verərərək, istehsal olunmuş məhsulların yerli bazarla yanaşı xarici bazara da çıxarılması hədəfində olduqlarını bildirmişdir. Yeni yaranmış zavodun fəaliyyəti, o cümlədən istehsal prosesləri ilə ətraflı tanış olan nazir cənab Ş.Mustafayev sonda öz təklif və tövsiyyələrini verərərək kollektivə işlərində müvəffəqiyyət arzulamışdır.