XƏBƏRLƏR

“Lənkəran Mexanikləşdirmə” MMC “Lənkəran Günləri” sərgisində iştirak etmişdir.

Lənkəran Mexanikləşdirmə” MMC 6 may 2016 il tarixində Bakıda keçirilən “Lənkəran Günləri” sərgisində iştirak etmişdir. Lənkəran Mexanikləşdirmə MMC sərgiyə özünün istehsalı olan ( LPBQ buxar qazanı LPQ 2 və LPQ 3 İsti su qazanı, LUXPAR tək və cüt mübadiləli boyler, kombi, qaynaq ağ qazanları və alternativ enerji ilə işləyən su qızdırıcı panellər) və digər məhsulları ilə qatılmışdır. Lənkəran Mexanikləşdirmə MMC-nin təsisçisinin nümayəndəsi Cənab Rövşən İsgəndərov məhsullarımızı sərgidə iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət ve Turizm Naziri cənab Əbülfəz Qarayevə və digər millət vəkillərinə təqdim etmişdir. Məhsullarımız sərgi iştirakçıları tərəfindən böyuk maraqla qarşılanmışdır. Sonda qeyd etmək istəyirik ki, cənab nazir Əbülfəz Qarayev öz tövsiyyələrini verərək müəssisəmizə müvəffəqiyyət arzulamışdır.