Lənkəran Mexanikləşdirmə MMC 2 və 5 fevral tarixləri arasında Moskvada keçirilən Beynəlxəlq sərgidə iştirak etmişdir. Qeyd etməliyik ki, bu sərgi 2016 cı ilin ən böyük ilk sənaye mehsulları sərgisi idi. Lənkəran Mexanikləşdirmə MMC sərgiyə özünün isethsalı olan , LPBQ Buxar qazanı LPQ 2 və LPQ 3 İsti Su Qazanı, SELSİON Tək və Cüt Mübadiləli Boyler, Kombi və digər məhsulları ilə qatılmışdır. Şirkətimizn istehsalı olan məhsullar həm analoji şirkətlər həm də sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılandı. Sərgi ərzində Lənkəran Mexanikləşdirmə MMC-nin təsisçisinin nümayəndəsi Cənab Rövşən İskəndərov sərgidə iştirak edən məhşur İtaliya, Rusiya, Çin və digər ölkələrin şirkət təmsilçiləri ilə müxtəlif sahədə əməkdaşlıq üçün görüşlər keçirmişdir. Sonda qeyd etmək istəyirik ki, Azərbaycan isethsalı olan məhsulları Azərbaycanın adıyla dünyaya tanıtmağa çalışdığımız üçün böyük fərəh hissi keçiririk.
Bu istiqamətdə iş adamları və biznes mühiti üçün sərbəst imkanlar yaradan və iş adamlarına hər zaman yüksək dəstəyini nümayiş etdirən Azərbaycan Resbuplikasının prezidenti Cənab İlham Əliyevə təşəkkür edirik.